Yazıçı və şairlərin özləri üçün seçdiklәri və sənət aləmində daha çox tanındıqları ad.
T.-lərin yaranma səbəbləri və tarixçələri müxtəlif olur. T.-ü yazıçının özü, yaxud onun müәllimi, qәlәm yoldaşı verə bilər. Bir çox hallarda ədiblər senzuradan, təqiblərdən qorunmaq məqsədilə öz əsərlərini T.-lə nəşr etdiriblər. Bu səbəbdən bir müəllifin bir neçə T.-ü ola bilər. Məsələn, XX əsrin əvvəllərində yazıb-yaratmış bəzi ədiblərimizin onlarla T.-ü olub. Bəzən bu fakt ədəbiyyatşünaslar üçün əsərin əsl müəllifini müəyyən etməkdə çətinlik yaradır. Məsələn, indiyə kimi ədəbiyyatşünaslar arasında Qurban Səid T.-ünün kimə aid olduğu mübahisə obyekti olaraq qalır. Bəzi hallarda T. sənətkarın həyat və sənət kredosunu əks etdirir (Sabir, Vurğun, Nizami, Xaqani). İstənilən halda yazıçı və şairlər tarixin yaddaşında əsl adları ilə deyil, T.-ləri ilə qalırlar. Məsələn, bu gün çox az oxucu bilir ki, Mark Tvenin əsl adı Semuel Klemens olub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti