Aşıq yaradıcılığına aid şeirlərdə şairin adının verildiyi son bənd.
Qoşma, gəraylı, təcnis, müxəmməs kimi şeir formalarında istifadə olunur; məsələn:
Alıyam, söz deyib, yaza bilmərəm,
Şad olub, qürbətdə gəzə bilmərəm,
Hərcayı sözlərə dözə bilmərəm,
Alışsam, yanmaram öz vətənimdə. (Aşıq Alı)
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti