Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

məsdər

Hərəkətin adını bildirən, həm feilin, həm də ismin xüsusiyyətlərini daşıyan təsriflənməyən feil.

Feillərin kö­künə və ya başlanğıc formasına -maq, -mək şəkilçisini ar­tırmaqla düzəlir: oxumaq, fikirləşmək və s. Məsdər isim kimi hallanır (uçmağın, uçmağı, uçmaqdan və s.), mənsubiyyət şəkilçisi qəbul edir (oxumağım) və cümlənin müxtəlif üzvü ola bilir. İsimlər kimi qoşmalarla işlənir (yazmaq üçün), II və III növ təyini söz birləşmələrinin həm birinci, həm də ikinci tərəfi kimi çıxış edir. Bununla yanaşı, isimlərdən fərqli olaraq məsdər cəmlənə bilmir. Feil kimi məsdərə də inkarlıq şəkilçisi qoşula bilir: istəməmək. Məsdər feilin bütün məna növlərinə məxsus şəkilçilərlə işlənə bilir: yazmaq, yazılmaq, yazışmaq, yazdırmaq və s.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti