İnsanın keçdiyi həyat yolu ilə bağlı fəlsəfi fikirlərin əks olunduğu şeir.
Qoşmanın məzmunca fərqli növüdür. Vücudnamədə, adətən, insanın ayrı-ayrı yaş mərhələlərinin xüsusiyyətləri göstərilir. Vücudnaməyə şifahi xalq ədəbiyyatında, aşıq şeirində rast gəlinir; məsələn:
Üç yaşından beş yaşına varanda
Yenicə açılan gülə bənzərsən.
Beş yaşından on yaşına varanda
Arıdan saçılmış bala bənzərsən...
***
Səksənində sinən enər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti