Qafiyə yaradan sözlərin az bir hissəsinin, əsasən, son hecasının səsləşməsi.
Belə qafiyəyə bəzən yoxsul qafiyə və ya yarımqafiyə deyilir; məsələn:
Çеvirib üzünü nərəyə dönsən,
Кönlümün gözləri düşər ardına,
Çünкi təbiətdən öyrənmişəm mən,
Günəbaхan baхar Günəş yurduna. (M.Müşfiq)
Bu nümunədə dönsən sözü ilə mən, ardına sözü ilə yurduna sözləri qafiyə sözlər olsa da, onların yalnız az bir hissəsi – sonu bir-biri ilə səsləşir; yaxud:
Günbəgün könlümün artır qubarı,
Pərişandır, tapmaz o qəmküsarı.
Ölsün, itkin olsun belə əğyarı,
Gəzməsin arada yaman, bəri bax! (M.P.Vaqif)
Bu nümunədəki qubarı, qəmküsarı, əğyarı qafiyələrinin son iki hecası səsləşdiyi üçün natamam qafiyədir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti