Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

impakt-faktor

lat. impuctus < impingo – qarşıda sədd, qəsd + lat. factor – edən, yaradan

Elmi jurnalların səmərəliliyini, nüfuzunu ölçmək və müqayisə etmək üçün göstərici.

İ-F. kəmiyyət göstəri­ci­si­dir və bir jurnala müəyyən zaman kəsi­yində (bir il, üç il və s.) digər nəşrlərdə istinadların (sitatların) sayı ilə müəy­yən­ləşdirilir. Bu indeks eyni elm sahəsinə aid jurnalların mü­qayisəsi üçün daha ya­rar­lıdır. İ-F.-u 1960-cı illərdən yüksək bey­nəlxalq nüfuza malik Elmi İnformasiya İnstitutu (Institute for Scientific Information, ISI – 1992-ci ildən sonra Thomson Scien­tific adlanır) ölçür və vaxtaşırı Journal Citation Report jurnalında dərc edir.

Jurnalistika terminləri lüğəti

fotojurnalistika

yun. photos – işıq + lat. diurnalis, diurnale – gündəlik xəbər

Ha­di­səni, faktı oxucu (tamaşaçı) auditoriyasına görüntülər (fotoşəkillər) vasitəsilə çat­dı­ran xəbərləmə forması, jur­na­lis­ti­kanın bir sahəsi.

F.-da şəkillər mətnə nis­bətən üs­tünlük təşkil edir, yaxud mətndən, ümu­miy­yətlə, istifadə olunmur (məsələn, «Sözsüz», «Şərhsiz» kimi qəzet, jurnal rubrika­la­rın­da). Tarixən xəbərlərin təq­di­matında foto­şəkillərdən geniş istifadə edən ilk kütləvi informasiya vasitəsi London news həftəlik qəzeti (1842) olub. Lakin F., əsasən, müha­ribə meydanlarında for­malaşıb. İlk fotoreportajları ingilis jur­na­listləri London news qəzeti üçün Krım sa­­vaşından (1853–1856), Amerika repor­tyor­ları Harper`s Weekly üçün ABŞ Və­təndaş müharibəsindən (1861–1865) ha­­­­­­zırlayıblar. Bununla belə, həmin dövrdə poliqrafiya imkanları zəif olduğundan bu şəkillər qravürə bənzə­yib. Yalnız 1880-ci illərdən – mətbəə avadanlıqları təkmil­ləş­dirildikdən və maq­ne­zium işıq­landırması kəşf edildikdən son­ra F.-nın əsl inkişaf mərhələsi başlayıb. Müasir F. multimedia əsərləri və sənədli filmlər ya­radıcılığı sə­viy­yəsinə yüksəlib. Müxtəlif formatları – şəkil, kompüter qrafikası, səs və s.-ni özün­də ­bir­ləşdirən F. internet və mobil cihazlar ­va­sitəsilə əvvəllər təsəvvürə gətirilə b­i­linməyəcək dərəcədə nəhəng auditoriya ­qa­­zana bilib.

See also:

Jurnalistika terminləri lüğəti

fotojurnalistika janrları

yun. photos – işıq + lat. diurnalis, diurnale – gündəlik xəbər + fr. genre < lat. – genus – növ

Gerçəkliyi əksetdirmə xüsusiyyətlərinin, məzmunforma cəhətlərinin eyniliyi əsa­­sında fotoqrafiya əsərləri arasında aparılmış bölgü.

Fotojurnalistikada iki böyük janr növü fərq­ləndirilir: informasiya janrları və publisistik janrlar. Birincilərə fotoxəbər, fotomənzərə, fotoreportaj, fotoseriya, ikin­cilərə fotooçerk, fotoportretfotomontaj daxildir. İnformasiya janrları üçün faktın, yaxud ha­disənin təsdiq və təsvir edilməsi, operativlik, aktuallıq, publisistik janrlar üçün əhatə genişliyi, hər­tərəflilik və dərin təhlil xarakterikdir.

See also:

Jurnalistika terminləri lüğəti

fotoxəbər

yun. photos – işıq

1. İctimai əhəmiyyətli fakt, hadisə barədə məlumatı oxucu (tamaşaçı) auditoriyasına fotoşəkil vasitəsilə çatdıran jurnalist materialı. 

2. Fotojurnalistika janrlarından biri.

F., adə­tən, fakt və ya hadisəni dolğun əks etdirən iriölçülü şəkildən və kiçik şəkilaltı izahdan ibarət olur, qəzet-jurnal səhi­fə­sin­də, xəbər buraxılışlarında ayrıca material kimi təqdim edilir. F. – foto­­jur­na­lis­­tikanın ən tez formalaşmış janr­ların­dan biridir. İlk vaxtlar jurnalistikada fo­to­­şə­kil­lərdən yalnız xəbər­lərə, məqalələrə illüstrasiya kimi istifadə edirdilər. Lakin XX əsrin əvvəl­lə­rindən ­baş­layaraq bir çox redaksiyalar ­effektli və məzmunlu şəkilləri digər materiallardan ayır­mağa və onları kiçik şərhlərlə müstəqil xəbər kimi dərc etməyə üstünlük verir.

See also:

Jurnalistika terminləri lüğəti

fotoxronika

yun. photos – işıq + yun. chronikos – vaxt

Hər hansı ictimai, siyasi, mədəniyyət hadisəsinin ardıcıllıqla foto­şəkillərdə əks olunmuş tarixçəsi, foto­­he­kayət.

Ailə tarixçəsinə, bir şəxsin həyat yo­luna həsr edilmiş F.-lar da mövcuddur.

Jurnalistika terminləri lüğəti

fotoqalereya

yun. photos – işıq + fr. galerie – hərf. bina

1. Fotoşəkillər silsi­ləsinin nü­mayiş etdirildiyi yer, otaq, bina.

2. Xüsusi yerdə nümayiş etdirilən foto­şəkillər silsilə­si, fotosərgi.

3. İnternetdə bir müəllifin çəkdiyi, yaxud hər hansı ortaq xüsusiyyətə malik fotoşəkillərin yerləş­di­rildiyi veb-sə­hifə, sayt bölməsi.

Jurnalistika terminləri lüğəti