Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

fotomontaj

yun. photos – işıq + fr. montage – quraşdırmaq, yığmaq

1. Ayrı-ayrı fotoşəkillərin hissələrindən bir fotoşəkil yaratma prosesi.

2. Ayrı-ayrı fotoşəkillərin hissələrindən yığılmış təsvir.

Mahiyyət eti­barilə F. bir şəklin müəyyən obyektlərini kəsib digər şəklin üzərinə yapışdırmaqla alınır.

3. Fotojurnalistikanın publisistik janrlarından biri.

Fotojurnalistikanın digər ­janr­larından fərqli olaraq F.-da ideyanın qa­bardılması və lakonikliyə nail olunması  məqsədilə reallığın nisbətən dəyiş­diril­məsinə, təxəyyülə yol verilir. Bununla belə, həyat həqiqətləri gerçək əks etdirilməli, jurnalistlərin peşə etikası qaydaları pozul­mamalıdır. F.-lar, əsasən, iki qrupa bölünür: qəhrəman-patriotik və satirik. F.-lardan həmçinin reklam işində, siyasi karikaturalarda, plakatların hazırlanmasında istifa­də olunur.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti