lat. impuctus < impingo – qarşıda sədd, qəsd + lat. factor – edən, yaradan
Elmi jurnalların səmərəliliyini, nüfuzunu ölçmək və müqayisə etmək üçün göstərici.
İ-F. kəmiyyət göstəricisidir və bir jurnala müəyyən zaman kəsiyində (bir il, üç il və s.) digər nəşrlərdə istinadların (sitatların) sayı ilə müəyyənləşdirilir. Bu indeks eyni elm sahəsinə aid jurnalların müqayisəsi üçün daha yararlıdır. İ-F.-u 1960-cı illərdən yüksək beynəlxalq nüfuza malik Elmi İnformasiya İnstitutu (Institute for Scientific Information, ISI – 1992-ci ildən sonra Thomson Scientific adlanır) ölçür və vaxtaşırı Journal Citation Report jurnalında dərc edir.
Jurnalistika terminləri lüğəti