lat. – operativus – əməli < lat. operari – işləmək
1. İşin, tapşırığın çevik, mümkün qədər tez yerinə yetirilməsi;
2. Jurnalistdən informasiyanı mümkün qədər çevik, qısa müddətdə toplamaq, hazırlamaq və ötürmək bacarığı tələb edən peşə prinsipi;
3. İnformasiyanın öz xüsusi əhəmiyyətini və aktuallığını saxlamaq keyfiyyəti.
Misal: «Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir» («KİV haqqında» qanundan).
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti