ing. rating – qiymət, dərəcə
Obyektin (şəxsin, təşkilatın, ölkənin və s.) müəyyən meyarlar üzrə hesablanmış qiymət göstəricisi, yaxud nüfuz səviyyəsi.
R. siyasətdə, iqtisadiyyatda, incəsənətdə, sosial həyatda çox geniş tətbiq sahəsinə malik termindir. Onun ölçülməsi üçün ictimai rəy sorğularının, ekspert qiymətləndirmələrinin, media araşdırmalarının nəticələri, habelə idman nailiyyətləri, istifadəçilərin sayı, gəlir səviyyəsi və bu kimi ən müxtəlif meyarlar əsas götürülə bilər. R.-lər auditoriyanın böyük marağına səbəb olduğu üçün media orqanları onları tərtib etməyə və yaymağa meyillidir. Media sahəsində də dünyada və ölkədə söz azadlığının səviyyəsinin, ayrı-ayrı KİV-in, xüsusilə televiziya kompaniyaları və saytların populyarlığının ölçülməsi praktikası geniş tətbiq olunur.
See also:
Jurnalistika terminləri lüğəti