yun. photos – işıq + rus. черкать – cızmaq
1. Eyni mövzunu müxtəlif yönlərdən işıqlandıran, yaxud eyni qəhrəmanın həyatının müxtəlif anlarını təsvir edən fotoşəkillər silsiləsi, fotohekayət.
2. Fotojurnalistikanın publisistik janrlarından biri.
Əksər fotojurnalistika janrlarından fərqli olaraq F. konkretləşdirməyə deyil, ümumiləşdirməyə meyil edir. F.-lərin portretlərə (şəxsə, ailəyə, xalqa), səyahətlərə (səfərlərdə rast gəlinənlərə), problemlərə (problemin göstərilməsi və öyrənilməsinə) həsr olunmuş formaları var.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti