yun. photos – işıq
1. İctimai əhəmiyyətli fakt, hadisə barədə məlumatı oxucu (tamaşaçı) auditoriyasına fotoşəkil vasitəsilə çatdıran jurnalist materialı.
2. Fotojurnalistika janrlarından biri.
F., adətən, fakt və ya hadisəni dolğun əks etdirən iriölçülü şəkildən və kiçik şəkilaltı izahdan ibarət olur, qəzet-jurnal səhifəsində, xəbər buraxılışlarında ayrıca material kimi təqdim edilir. F. – fotojurnalistikanın ən tez formalaşmış janrlarından biridir. İlk vaxtlar jurnalistikada fotoşəkillərdən yalnız xəbərlərə, məqalələrə illüstrasiya kimi istifadə edirdilər. Lakin XX əsrin əvvəllərindən başlayaraq bir çox redaksiyalar effektli və məzmunlu şəkilləri digər materiallardan ayırmağa və onları kiçik şərhlərlə müstəqil xəbər kimi dərc etməyə üstünlük verir.
See also:
Jurnalistika terminləri lüğəti