lat. simulacrum – bənzəmə, oxşama
Reallıqda mövcud olmayan bir şeyin təsviri, imitasiyası.
XIX əsrədək bu termin, əsasən, ilahların heykəl və təsvirlərinə aid edilirdi. Əsrin sonlarından etibarən o, filosoflar tərəfindən daha geniş – müasir anlamında işlədilməyə başladı. 1950-ci illərdən isə modelləşdirilmiş mühit, qeyri-real qəhrəmanlar (S.-lar) Amerika, ardınca bütün dünyada bir çox uğurlu teleserialların əsas elementinə çevrildilər. CBS teleşirkətinin məşhur «Missiya yerinə yetirilməzdir» serialı (1966–1973) buna parlaq misaldır.
Jurnalistika terminləri lüğəti