yun. photos – işıq + lat. apparatus – ləvazimat
Real cisimlərin, süjetlərin statik təsvirinin alınması üçün optik cihaz.
F.-da təsvirin keyfiyyətinə təsir edən əsas hissələr bunlardır: kamera, obyektiv, işığahəssas material. İşıq seli tənzimlənən intensivliklə müəyyən vaxt ərzində obyektivdən keçərək qaranlıq kamerada yerləşdirilmiş işığahəssas materialın üzərinə düşür. Lentli F.-larda təsvirin yadda saxlanılması fotolent və ya fotolövhədə baş verir. Sonradan isə təsvir xüsusi üsullarla kağız, yaxud digər maddi daşıyıcı üzərinə köçürülür. Rəqəmsal F.-da işıq siqnalları sensor tərəfindən qəbul edilir və rəqəmsallaşdırılır, təsvir operativ yaddaşa həkk olunur, fayllar formasında saxlanılır. Rəqəmsal F.-lardan faylları birbaşa kompüterə və ya şəbəkəyə ötürmək olur. F. jurnalistikada geniş istifadə olunan ən qədim texniki vasitələrdən biridir. O, 1820-ci illərin əvvəllərində ixtira olunub (ilk F. «Helioqraf» adlanıb).
See also:
Jurnalistika terminləri lüğəti