Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

indeks

lat. index – göstərici, siyahı

1. Hərf, rəqəm, digər simvollardan ibarət şərti işa­rələr sistemi.

İ. rabitə sistemində poçt ünvanının, nəşriyyat sistemində çap məh­sullarının təsnifatını aparmağa imkan verir, onların tapılmasını asanlaşdırır. İndeks eyni zamanda müəyyən elementin sistemdə yerini göstərir.

2. Hər hansı ­sa­hədə inkişaf və ya dəyişmənin nisbi ­gös­təricisi.

İ. ob­yektlərin, elementlərin mü­­hüm keyfiy­yətlərini müqayisəli şəkildə əks etdirir.

3. Verilənlər bazasında məlumat axtarışının sürətləndirilməsinə xidmət edən obyekt.

4. Ad və ünvanların siyahısı, reyestri.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti