Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mediamenecment

lat. medium – ara, va­sitəçi + ing. management – idarəetmə, rəhbərlik

Media məhsulu istehsalının, ­is­teh­sal prosesində iştirak edən insan ­re­surslarının səmərəli idarəçiliyinin forma, metod, vasitə və prinsipləri məc­mu­su.

M. biznes idarəçiliyinin xüsusi for­ması kimi bir çox universitetlərdə təd­ris edilir, 1999-cu ildən Böyük Britaniyada «Bey­nəlxalq media menecmenti» (International Journal on Media Management) jurnalı dərc olunur. 

Jurnalistika terminləri lüğəti

mediamorfoz

lat. medium – ara, vasitəçi + yun. morphosis – formalaşma

Me­dianın formasını, kommunikasiya üsullarını də­yişməsi.

Bu dəyişiklik müxtəlif amil­lərin təsiri altında, o cümlədən bazarda rə­qabətin kəskinləşməsi, texnologiyanın sü­rətli inkişafı nəticəsində baş verir. M. konsepsiyasını 1990-cı ildə yeni medianın pioneri sayılan amerikalı alim Rocer Fidler irəli sürüb. O, M.-un 6 prinsipini mü­əy­yənləşdirib:

1. Yanaşı mövcudluq və birgə inkişaf (məsələn, xəbər portalı internetdə televiziya da açır).

2. Metamorfoz (mə­sələn, qəzet internet-portal yaradır və əsas diqqəti ona yönəldir).

3. Vərəsəlik (bütün formalar bir-birindən törəyir və əvvəlki kontent əsasında yaranır).

4. Ya­şamaq uğ­runda mübarizə (media dəyişən şəraitdə yaşamaq üçün yeni forma seçir, məsələn, çapını dayandıraraq onlayn formatda çıxmağa başlayır).

5. İmkanlar və ehti­yaclar (dəyişikliklər hər yerdə və eyni zamanda baş vermir, çünki texnoloji, siyasi, iqtisadi şərtlər fərqlidir).

6. Gələcək göz­ləntilərə uyğunlaşma (hər yeni texnologiya dərhal gəlir gətirmir, amma onun biznes baxımından gələcəkdə verəcəyi xeyir nə­zərdən qaçırılmır).

Jurnalistika terminləri lüğəti

medianın tipologiyası

lat. medium – ara, vasitəçi + yun. tipos – iz, forma + logia – elm

Kütləvi informasiya vasitələrinin ümu­miləşdirilmiş model üzrə bölünməsi və qruplaşdırılması yolu ilə yaradılmış təs­nifatı.

Jurnalistika terminləri lüğəti

mediaplanlaşdırma

lat. medium – ara, vasitəçi + lat. planus – düz, hamar

Marketinq və media araşdırmalarının nəti­cə­lərinə əsasən reklamın kütləvi informasiya vasitələrində yerləşdirilməsinin optimal planının hazırlanması.

M. terminini 1964-cü ildə ilk dəfə amerikalı reklamçı Rocer Barton işlədib. O müəyyənləşdirib ki, mediada reklam yerləşdirərkən KİV-in xü­susiyyətlərini və iş qrafiklərini ayrı-ayrı­lıqda nəzərə almaq məhsul və xidmətlərin sa­tışına daha yaxşı təsir göstərir. M. bir neçə mərhələdən ibarətdir: reklam yer­ləş­dirmək üçün ən əlverişli KİV-in se­çil­mə­si; sə­mərəlilik göstəricilərinin mü­əy­yən­ləşdi­rilməsi; reklamın ardıcıl­lığı­nın, tezliyinin, dərc olunacağı səhifənin, göstəriləcəyi vax­tın və s.-nin müəy­yən­ləş­dirilməsi; büd­cə­nin bölünməsi.

See also:

Jurnalistika terminləri lüğəti

mediareallıq

lat. medium – ara, vasitəçi + lat. realis – həqiqi

1. Medianın təqdim ­etdiyi reallıq.

İnsan bir çox faktlar, hadisələr, obyektlər, proseslər, hətta bütöv aləmlər barədə məlumatı media vasitəsilə alır. Medianın verdiyi xəbər, yaratdığı təsvir əsl reallıqla üst-üstə düşə, yaxud ondan fərq­lənə bilər. Lakin insan obyektiv möv­cud olan faktlara, hadisələrə və s.-yə öz mü­na­si­bətini, bir qayda olaraq, medianın for­­ma­laşdırdığı re­allıq əsasında müəy­yənləşdirir, hərə­kət­lərini, düşüncələrini ona uyğun­laş­dırır. Be­ləliklə, M. əsl real­lıqdan önə çıxır. Bu, qaçılmaz proses ol­duğu kimi, bəzən təh­lükəli nəticələrə də gətirib çıxarır, manipulyasiyalara şərait yaradır. M. çox dərin fəlsəfi araşdırmalar mövzusu olduğu üçün onun öyrənilməsi ­­ilə media fəlsəfəsi elmi məşğul olur.

2. Medianın, informa­siya-kom­mu­nikasiya texnologiyalarının in­kişafı ilə əla­qədar ya­ra­nan və dəyişən reallıq.

Mə­sə­lən, televiziyanın, kompüterin, mobil telefonların ixtira edilməsi insan­ların re­allığı qav­ra­masında böyük dəyişikliklərə, faktik olaraq media vasitəsilə dərk edilən yeni reallığın yaranmasına səbəb olub.

Jurnalistika terminləri lüğəti

mediatexnologiya

lat. medium – ara, vasitəçi + yun. techne – sənət, ustalıq + yun. logos – söz, təlim

1. İnformasiyanın hazırlanması, işlənməsi, ötürülməsi, diq­qət mərkəzinə çəkilməsi üçün istifadə olunan qayda və üsullar. 

2. İnsanların uzaq mə­safədən media vasitəsilə əlaqə saxla­ma­sına, əməkdaşlıq etməsinə imkan ya­ra­dan metodlar, texniki üsullar və vasitələrin cə­mi.

See also:

Jurnalistika terminləri lüğəti

mediatexnoloq

lat. medium – ara, va­si­təçi

İnformasiyanın hazırlanması, ­iş­­­­­­­­­­­­lən­məsi, ötürülməsi, diqqət mərkəzinə çəkilməsi üçün istifadə olunan qayda və üsulları yaxşı mənimsəmiş, onların təc­rübədə tətbiqi üzrə mütəxəssis.

See also:

Jurnalistika terminləri lüğəti

mediatənqid

lat. medium – ara, vasitəçi

Kütləvi informasiya vasitələrinin fəaliy­yə­tinin təhlili və onların ictimai şüura təsir formalarının öyrənilməsi ilə məşğul olan jurnalistika sahəsi.

M. aktual professional problemlərin, o cümlədən peşə etikası ilə bağlı mürəkkəb məsələlərin də həl­linə cid­di diqqət yetirir.

Jurnalistika terminləri lüğəti

mediavirus

lat. medium – ara, vasitəçi + lat. virus – zəhər

Kütləvi informasiya vasitələrində bir materialdan, sənəddən di­gərinə keçərək yayılan, toplumun, ayrı-ayrı fərdlərin həyatına uzunmüddətli mənfi təsir göstərən yanlış, yaxud şişirdilmiş məlumat.

Termin ilk dəfə 1994-cü ildə kütləvi kommunikasiya üzrə amerikalı mü­təxəssis Duqlas Raşkoff tərəfindən işlə­dilib. M.-lardan ictimaiyyətin diqqətini mühüm problemlərdən yayındırmaq, küt­ləvi şüurla manipulyasiya etmək məq­sədilə istifadə olunur. Təcrübədə şou ulduzları, siya­sət­çilər haqda şayiələrdən, qalmaqallı xəbərlərdən ibarət M.-lara daha tez-tez rast gəlinir. M.-lar, əsasən, internet vasitəsilə yayılır. İnternetin inqi­lablar yetişdirmək üçün meydan ola b­i­­­lə­­­cəyi haqda geniş yayılmış və bəzi öl­kələrdə şəbəkəyə girişi məh­dud­laş­dır­maq meyilləri doğurmuş mə­lumatın özü də bir M.-dur. Bununla belə, terminin dəqiq tərifini ver­mək, onu çirkli piar üsullarından fərq­lən­dirmək çətindir.

Jurnalistika terminləri lüğəti