lat. manipulatio, manipulus – ovuc
1. Əllə icra edilən mürəkkəb əməliyyat, fənd.
2. Auditoriyanı çaşdırmaq, vəziyyəti öz xeyrinə dəyişmək üçün hansısa hiyləyə əl atmaq, insanlara yanlış fikir və dəyərlər təlqin etmək.
İctimai M. – mediada və digər ictimai çıxışlarda məsələnin mahiyyətini təhrif etməklə əhalini aldatmaq deməkdir. İctimai M. (yaxud ictimai rəylə M.) son nəticədə insanların iradəsini qırmaq, gizli üsullarla onların şüuruna təsir göstərməklə davranışlarını proqramlaşdırmaq məqsədi güdür.
Jurnalistika terminləri lüğəti