lat. medium – ara, vasitəçi + yun. filosofia – hərfi mənada: müdrikliyi sevmək
Medianın təbiəti, ictimai məzmunu, digər ictimai institutlarla münasibətləri, müasir media texnologiyalarının və kommunikasiya vasitələrinin formalaşdırdığı reallığın insana təsirini öyrənən elm sahəsi, fənn.
M.F. medianı ayrıca bir sahə, ictimai institut kimi deyil, proses kimi qəbul edir və onun insan tərəfindən necə qavranıldığını, yəni şüur və hislərə təsirini, doğurduğu motivasiyaları, stimullaşdırdığı davranış formalarını öyrənir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti