lat. porta – giriş, darvaza
Müxtəlif informasiya resurslarını birləşdirən və interaktiv xidmətlər təklif edən irihəcmli xəbər saytı.
X.P. eyni domen adına malik bir neçə saytdan da ibarət ola bilər. Onun internet şəbəkəsində çoxlu sayda istifadəçiləri, zəngin informasiya bazası, geniş məlumat-axtarış imkanları, həmçinin bir çox başqa funksiyaları var. Portalda xəbərlərin yenilənməsi real vaxt rejimində baş verir. Geniş auditoriya üçün nəzərdə tutulmuş X.P. üfüqi, tematik X.P. isə şaquli portal adlanır.
Jurnalistika terminləri lüğəti