Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

portal

lat. porta – qapı, darvaza

İnternet şə­bəkəsində istifadəçiyə bir çox xidmət növ­lərindən istifadə imkanı verən inte­r­ak­tiv, çoxşaxəli, mürəkkəb strukturlu sayt.

P. bir neçə saytdan da ibarət ola bilər. Onun yaradılmasında əsas məqsəd fərqli xidmət növləri təqdim etməklə is­tifa­də­çilərin sayını mümkün qədər artır­maqdır. P. eyni zamanda bələdçi rolunu oynayaraq asanlıqla başqa saytlara keçid imkanı yaradır, internetdə informasiya ­ax­tarışını asanlaşdırır və bununla əlavə isti­fadəçilər cəlb edir. Müxtəlif mövzuları əhatə edən, geniş dairənin maraqlarına hesablanmış P. üfüqi, ayrı-ayrı mövzular üzrə maraqları təmin edən P. isə şaquli P. adlanır.

Jurnalistika terminləri lüğəti