yun. dialogos – söhbət
1. İki və daha artıq şəxs arasında söhbət, informasiya mübadiləsi.
2. Personajlar, iştirakçılar arasında söhbət şəklində qurulmuş əsərin bədii forması.
D. bir sıra janrlarda (müsahibə, tok-şou, diskussiya) jurnalist materiallarının da əsasını təşkil edir.
3. Fərqli mövqelərdən çıxış edən insanlar, qruplar, dövlətlər arasında mübahisəli məsələlərin müzakirəsi, bütün tərəfləri razı salan həll variantının tapılması məqsədilə ardıcıl ünsiyyət.
Bu prosesdə jurnalistika mühüm rol oynayır. D. – cəmiyyətdə tolerantlığın, plüralizmin formalaşmasında jurnalistikanın iştirakının əsası sayılır.
Jurnalistika terminləri lüğəti