yun. phone – səs + yun. gramma – yazı
1. Üzərində kodlu səs siqnalları (nitqin, musiqinin və s.) həkk olunmuş maddi daşıyıcı.
Səsin yazılış üsulundan asılı olaraq F.-ın mexaniki (plastmas disklər), maqnit (maqnit lentləri), optik (optik disklər) və bu kimi növləri var.
2. Maddi daşıyıcı üzərində həkk olunmuş kodlu səs siqnalları.
3. Müəllif hüququnda: ifaların və ya digər səslərin müstəsna olaraq səsli yazılması.
Müvafiq normativ aktlarda F. istehsalçısının statusu, F.-lardan kommersiya məqsədləri ilə istifadə qaydaları müəyyənləşdirilir. F. anlayışının qanunda verilmiş izahında «müstəsna» ifadəsinin işlədilməsi o deməkdir ki, məsələn, optik disklərdə çoxaldılaraq satışa çıxarılan səs yazısı ilə filmin, hər hansı əsərin ayrılmaz hissəsi olan səs yazısı müxtəlif hüquqi rejimlərdə qorunur.
See also:
Jurnalistika terminləri lüğətiyun. phone – səs + yun. gramma – yazı
İfanın və ya digər səslərin ilk dəfə yazılması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs.
Başqa sübutlar olmadıqda həmin fonoqramda və ya onun qoyulduğu qutuda adı göstərilmiş fiziki və ya hüquqi şəxs F.İ. sayılır.
See also:
Jurnalistika terminləri lüğətiyun. phone – səs + yun. theke – anbar, yeşik
Maddi daşıyıcılar üzərində səs yazılarının toplanması, xüsusi şəraitdə saxlanması, texniki cəhətdən qorunması və ictimai istifadə üçün yayılması ilə məşğul olan müəssisə, yaxud müəssisə nəzdində şöbə.
Ayrı-ayrı şəxslərin fərdi qaydada topladıqları fonoqram kolleksiyası da F. adlandırılır. Bir çox hallarda ictimai F.-lar böyük kitabxanaların nəzdində yerləşir, maarifçiliklə, köhnə fonoqramların bərpası, onların rəqəmsal daşıyıcılara, kompüterlərin yaddaşına köçürülməsi ilə məşğul olur. Belə «səs arxivləri»ndə həmçinin fonoqramların elektron kataloqları yaradılır.
Jurnalistika terminləri lüğətilat. forma – görünüş, zahiri görkəm
1. Mətbəə üsulu ilə yığılmış mətnin, klişelərin yerləşdirildiyi çərçivə, habelə bu çərçivəyə salınmış mətn və klişelər.
F.-dan mətbəədə kitab, qəzet, jurnal və s. çap məhsullarının səhifələrini hazırlamaq üçün istifadə edilir.
2. Sözün ifadə, deyiliş tərzi; məs.: sözü yumşaq formada demək.
3. Ədəbiyyat və incəsənət əsərlərinin, jurnalist materiallarının, teleradio verilişlərinin məzmununu ifadə etmək üçün yaradılmış struktur, biçim, əsərlərdə faktların, kadrların, digər elementlərin müəyyən ardıcıllıqla düzülüşü.
Hər sənət növünün özünəməxsus ifadə F.-ları var: rəssamlıqda – kolorit, rəng; qrafikada – cizgi; musiqidə – melodiya və s. Bununla yanaşı, müxtəlif yaradıcılıq növləri üçün ümumi olan F. ünsürləri də mövcuddur: kompozisiya, süjet, fabula və s. F. həmişə əsərin məzmunundan asılı olur: məzmundan kənarda F. mövcud deyil. Lakin nəyin F.-ya, nəyinsə məzmuna aid edilməsi fəlsəfədə hələ də ciddi müzakirə mövzularından biridir. Müxtəlif fəlsəfi təlimlərdə (metafizika, məntiq, estetika, etika) F. anlayışının izahı fərqlənir. Məhz buna görə dünyanın ən mükəmməl lüğət və ensiklopediyalarında (Oksford, Kembric, Merriam-Webster, Britannica və s.) F. termininin fərqli izahlarına (üslub, dizayn, uzlaşma, hətta janr) rast gəlinir.
Jurnalistika terminləri lüğətifr. format < lat. forma – görünüş, zahiri görkəm
1. Çap materiallarının (kağız, ofset təbəqə və s.), habelə çap məhsullarının (kitab, jurnal, qəzet və s.) standart ölçüsü.
2. Televiziya kanalının, radiostansiyanın texniki yayım standartı.
3. Bir verilişə xas olan daimi elementlərin məcmusu; televiziyada, radioda məzmunun təqdimat üsulu.
Bu üsul, əsasən, verilişlərin janr xüsusiyyətləri, istiqaməti ilə səciyyələndirilir; misal: «Televiziya formatının ən qısa anlamı televiziya proqramı deməkdir. Proqram formatları bunlardır: macəra, uşaq proqramları, yumoristik proqramlar…» (Rifat Karlova).
4. Kompüterdə, elektron daşıyıcılarda saxlanılan informasiya vahidinin (faylın) strukturu.
Misal: «Əlavə edilmiş faylların formatı ixtiyari ola bilər – doc, pdf…» (e-taxes.gov.az).
5. Fotoaparatlarda kadr pəncərəsinin, rəqəmli fotoaparatlarda matrisanın ölçüsü.
Bu ölçülərdən asılı olaraq fotoaparatlar kiçikformatlı, ortaformatlı və iriformatlı olur.
6. Hər hansı tədbirin təşkili və keçirilmə qaydası. □ Misal: «Onun sözlərinə görə, görüşün məqsədi və formatı məlum deyil» (bbc.com).
See also:
Jurnalistika terminləri lüğətifr. format < lat. forma – görünüş, zahiri görkəm
1. Mətnin çapa verilmək, sayta çıxarılmaq üçün hazır ölçüyə və şəklə salınması.
2. Elektron daşıyıcının, məsələn, kompüter diskinin ünvanlı elementlərə – sektorlara, cığırlara bölünməsi və onların işarələnməsi.
Diski yenidən F.-q onu «təmizləmək», yəni elektron daşıyıcıya yazılmış bütün informasiyaları silmək deməkdir.
Jurnalistika terminləri lüğətilat. forum – məclis
1. Mühüm məsələlərin müzakirəsi üçün çoxsaylı dövlət, təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən böyük toplantı, yığıncaq.
Bu anlayışa cəmiyyət həyatının müxtəlif sahələrində (siyasi, iqtisadi, dini, sosial, ekoloji) rast gəlinir. Adətən, F.-lar müəyyən zaman ardıcıllığı ilə keçirilir. Terminin özü isə Qədim Romada xalq yığıncaqlarının təşkil olunduğu mərkəzi bazar meydanının adından götürülüb.
2. Bir çox kütləvi informasiya vasitələrində mühüm problemlərin ictimaiyyət nümayəndələri və rəsmi şəxslərin iştirakı ilə müzakirəsinə həsr edilmiş proqramların adı, materialların yerləşdirildiyi qəzet-jurnal rubrikası; məs.: «İqtisadi forum» verilişi.
3. İstifadəçilərin hər hansı konkret mövzuda qeydlərini yerləşdirə, informasiya və fikir mübadiləsi apara bilməsi üçün yaradılmış sayt, yaxud saytın bölməsi.
Jurnalistika terminləri lüğətiyun. photos – işıq + lat. apparatus – ləvazimat
Real cisimlərin, süjetlərin statik təsvirinin alınması üçün optik cihaz.
F.-da təsvirin keyfiyyətinə təsir edən əsas hissələr bunlardır: kamera, obyektiv, işığahəssas material. İşıq seli tənzimlənən intensivliklə müəyyən vaxt ərzində obyektivdən keçərək qaranlıq kamerada yerləşdirilmiş işığahəssas materialın üzərinə düşür. Lentli F.-larda təsvirin yadda saxlanılması fotolent və ya fotolövhədə baş verir. Sonradan isə təsvir xüsusi üsullarla kağız, yaxud digər maddi daşıyıcı üzərinə köçürülür. Rəqəmsal F.-da işıq siqnalları sensor tərəfindən qəbul edilir və rəqəmsallaşdırılır, təsvir operativ yaddaşa həkk olunur, fayllar formasında saxlanılır. Rəqəmsal F.-lardan faylları birbaşa kompüterə və ya şəbəkəyə ötürmək olur. F. jurnalistikada geniş istifadə olunan ən qədim texniki vasitələrdən biridir. O, 1820-ci illərin əvvəllərində ixtira olunub (ilk F. «Helioqraf» adlanıb).
See also:
Jurnalistika terminləri lüğətiyun. photos – işıq + lat. diurnalis, diurnale – gündəlik xəbər
Hadisəni, faktı oxucu (tamaşaçı) auditoriyasına görüntülər (fotoşəkillər) vasitəsilə çatdıran xəbərləmə forması, jurnalistikanın bir sahəsi.
F.-da şəkillər mətnə nisbətən üstünlük təşkil edir, yaxud mətndən, ümumiyyətlə, istifadə olunmur (məsələn, «Sözsüz», «Şərhsiz» kimi qəzet, jurnal rubrikalarında). Tarixən xəbərlərin təqdimatında fotoşəkillərdən geniş istifadə edən ilk kütləvi informasiya vasitəsi London news həftəlik qəzeti (1842) olub. Lakin F., əsasən, müharibə meydanlarında formalaşıb. İlk fotoreportajları ingilis jurnalistləri London news qəzeti üçün Krım savaşından (1853–1856), Amerika reportyorları Harper`s Weekly üçün ABŞ Vətəndaş müharibəsindən (1861–1865) hazırlayıblar. Bununla belə, həmin dövrdə poliqrafiya imkanları zəif olduğundan bu şəkillər qravürə bənzəyib. Yalnız 1880-ci illərdən – mətbəə avadanlıqları təkmilləşdirildikdən və maqnezium işıqlandırması kəşf edildikdən sonra F.-nın əsl inkişaf mərhələsi başlayıb. Müasir F. multimedia əsərləri və sənədli filmlər yaradıcılığı səviyyəsinə yüksəlib. Müxtəlif formatları – şəkil, kompüter qrafikası, səs və s.-ni özündə birləşdirən F. internet və mobil cihazlar vasitəsilə əvvəllər təsəvvürə gətirilə bilinməyəcək dərəcədə nəhəng auditoriya qazana bilib.
See also:
Jurnalistika terminləri lüğətiyun. photos – işıq + lat. diurnalis, diurnale – gündəlik xəbər + fr. genre < lat. – genus – növ
Gerçəkliyi əksetdirmə xüsusiyyətlərinin, məzmun və forma cəhətlərinin eyniliyi əsasında fotoqrafiya əsərləri arasında aparılmış bölgü.
Fotojurnalistikada iki böyük janr növü fərqləndirilir: informasiya janrları və publisistik janrlar. Birincilərə fotoxəbər, fotomənzərə, fotoreportaj, fotoseriya, ikincilərə fotooçerk, fotoportret və fotomontaj daxildir. İnformasiya janrları üçün faktın, yaxud hadisənin təsdiq və təsvir edilməsi, operativlik, aktuallıq, publisistik janrlar üçün əhatə genişliyi, hərtərəflilik və dərin təhlil xarakterikdir.
See also:
Jurnalistika terminləri lüğətiyun. photos – işıq
1. İctimai əhəmiyyətli fakt, hadisə barədə məlumatı oxucu (tamaşaçı) auditoriyasına fotoşəkil vasitəsilə çatdıran jurnalist materialı.
2. Fotojurnalistika janrlarından biri.
F., adətən, fakt və ya hadisəni dolğun əks etdirən iriölçülü şəkildən və kiçik şəkilaltı izahdan ibarət olur, qəzet-jurnal səhifəsində, xəbər buraxılışlarında ayrıca material kimi təqdim edilir. F. – fotojurnalistikanın ən tez formalaşmış janrlarından biridir. İlk vaxtlar jurnalistikada fotoşəkillərdən yalnız xəbərlərə, məqalələrə illüstrasiya kimi istifadə edirdilər. Lakin XX əsrin əvvəllərindən başlayaraq bir çox redaksiyalar effektli və məzmunlu şəkilləri digər materiallardan ayırmağa və onları kiçik şərhlərlə müstəqil xəbər kimi dərc etməyə üstünlük verir.
See also:
Jurnalistika terminləri lüğəti