yun. phone – səs + yun. gramma – yazı
1. Üzərində kodlu səs siqnalları (nitqin, musiqinin və s.) həkk olunmuş maddi daşıyıcı.
Səsin yazılış üsulundan asılı olaraq F.-ın mexaniki (plastmas disklər), maqnit (maqnit lentləri), optik (optik disklər) və bu kimi növləri var.
2. Maddi daşıyıcı üzərində həkk olunmuş kodlu səs siqnalları.
3. Müəllif hüququnda: ifaların və ya digər səslərin müstəsna olaraq səsli yazılması.
Müvafiq normativ aktlarda F. istehsalçısının statusu, F.-lardan kommersiya məqsədləri ilə istifadə qaydaları müəyyənləşdirilir. F. anlayışının qanunda verilmiş izahında «müstəsna» ifadəsinin işlədilməsi o deməkdir ki, məsələn, optik disklərdə çoxaldılaraq satışa çıxarılan səs yazısı ilə filmin, hər hansı əsərin ayrılmaz hissəsi olan səs yazısı müxtəlif hüquqi rejimlərdə qorunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti