lat. matrix, matrics – anac, ilkin mənbə, başlanğıc
1. Üzərində oyma, yaxud basma üsulu ilə hərflərin, işarələrin dərin izi açılmış metal təbəqə, qəlib. □ Bu qəliblərdən tökmə mətbəə şriftlərinin hazırlanması üçün istifadə olunur.
2. Üzərində çap qəlibinin relyefli izi basılmış karton, qurğuşun, digər plastik materialdan təbəqə.
Bu təbəqələrdə orijinal mətnlərin və şəkillərin əksi saxlanılır, təkrar nəşrlər zamanı onlardan çap forması kimi istifadə olunur.
3. İncəsənət əsərlərinin və texnikanın, o cümlədən kompüter avadanlığının detallarının kütləvi istehsalında istifadə olunan model, ştamp, şablon.
Misal: «Film həm də ona görə «Matrisa» adlanır ki, burada virtual aləm bizim real həyatımızı əks etdirir, insanlar eyni zavoddan çıxan detallar kimi bir şablona salınırlar» (Cozef Vedon, televiziya prodüseri).
4. Hər hansı prosesin yaranması və inkişaf etməsi üçün zəruri olan mədəni, ictimai, siyasi, ideoloji mühit.
Misal: «Multilateralizm – Avropa Birliyinin ideoloji matrisasıdır» (e-ir.info).
Jurnalistika terminləri lüğəti