Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mötəbər informasiya

lat. informatio – izahetmə, məlumatvermə

1. Düz­lüyünə şübhə olmayan, etibarlı mənbədən alınmış informasiya. 

2. Birbaşa hadisə yerindən götürülmüş və ya həqiqətə uy­ğunluğu ­yox­­­­lanılmış informasiya.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

mötəbər mənbə

1. Mötəbər informasiyanın götürüldüyü yer.

Dövlət or­qan­larının sənədləri (qərarlar, hesabatlar, ­qanunlar və s.), mətbuat xidmətlərinin press-relizləri M.M.-lərə misal ola bilər. 

2. İnformasiyanın alındığı inanılmış, yoxla­nılmış, etibarlı şəxs və ya təşkilat.

Bəzən informasiya mənbəyi məlumatı özünün kimliyini gizli saxlamaq şərti ilə verir. Belədə media həmin məlumatı yayarkən, əsasən, M.M.-yə (etibarlı mənbəyə) istinad edir. Bu isə sensasiyaya meyilli bəzi KİV üçün sui-istifadələrə yol açır. Qanun­veri­ciliyə görə, M.M. adı altında vətəndaşların şərəfləyaqətini alçaldan şayiələr, yalan və qərəzli yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər törətmək məqsədilə KİV-dən istifadə olunması qadağandır. Bunun qarşısını almaq üçün peşə etikası kodekslərində də  müvafiq qaydalar müəy­yənləşdirilir.

Jurnalistika terminləri lüğəti

mövzu

1. Jurnalistin hər hansı təsvir, ­ya­xud mühakimə obyekti, işıqlandırdığı həyat ha­disəsi.

2. Jurnalistikanın publisistik janr­la­rında – hansısa mətnin, yaxud söy­lənilən fikrin əsas mənası, məzmunu və tək­rar­lanan ideyası.

Publisistik әsәrin möv­­zusunu onun ideyasından ayırmaq olmaz, çünki burada mövzu – jurnalistin tәsvir etdiyi, ideya isə tәsvir edilәnә verilən qiymәt kimi anlaşılır.

Jurnalistika terminləri lüğəti

multikulturalizm

lat. multum – çoxlu + lat. cultura – becərmə, tərbiyəetmə

Tolerantlığın mühüm aspektlərindən biri kimi medianın dəyərlər sisteminə daxil olan, ­ey­ni ölkədə, habelə bütün dünyada ya­şayan xalqların nümayəndələrinin bərabər mədə­niyyət hüquqlarını tanıyan humanist ­dün­yagörüşü, prinsip.

M. müxtəlif mə­dəniyyətlərin bir-birini qarşılıqlı surətdə zənginləşdirərək paralel mövcudluğunu və inkişafını nəzərdə tutur.

Jurnalistika terminləri lüğəti

multimedia proqramları

lat. multum – çoxlu + lat. medium – ara, vasitəçi + yun. programma – yazılı qeyd, elan

Müxtəlif formaya malik informasiyaları (mətn, səs, təsvir və s.) hasil etməyə və birləş­dir­məyə imkan verən, bir çox hallarda eyni zamanda interaktivliyi təmin edən kompüter proqramları.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

multimedia resursları

lat. multum – çox­lu + lat. medium – ara, vasitəçi + fr. res­source – köməkçi vasitə

Müxtəlif formaya malik informasiyaları (mətn, səs, təsvir və s.) özündə əks etdirən resurslar, o cümlədən maddi daşıyıcılar.

Multimedia tipli ilk maddi daşıyıcılara kompakt disklər, internet resurslarına isə saytlar misal ola bilər.

Jurnalistika terminləri lüğəti

multimedia texnologiyaları

lat. multum – çoxlu + lat. medium – ara, + yun. techno­lo­gia – bacarıq, incəsənət

1. Müxtəlif formaya malik informasiyaların (mətn, səs, təsvir və s.) hazırlanması və is­tehlakçıya çatdırılması prosesində is­tifadə olunan audio, tele, vizual, virtual kommunikasiya vasitələrinin, həmçinin üsullarının cəmi. 

2. Reklam fəaliyyətinin təşkili, idarə edil­mə­si və həyata keçirilməsi prosesində ­is­­tifadə olunan audio, tele, vizual, virtual kom­­­­munikasiya vasi­tə­lərinin, həmçinin üsul­­larının cəmi.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

multiplikasiya

lat. multiplicatio – çoxalt­ma, böyütmə, artırma

1. Hərəkətsiz gö­rüntülərin (şəkillərin, kadrların) müəy­yən tezlik və ardıcıllıqla bir-birini əvəz­lə­məsi yolu ilə hərəkətdə olmaları tə­səvvürü ya­ratmaq üsulu.

2. Bu üsulla çəkilmiş film, süjet.

İlk M. filmlərinin hazırlanmasında qəzet materiallarının rolu olub; məsələn, 1911-ci ildə çəkilmiş «Balaca Nemo» M. filmi qəzet komiksləri əsasında yaradılıb. Onlayn jurnalistikamultimedia resursları inkişaf etdikdən sonra isə, əksinə, jurnalistikada M. elementlərindən istifadə olunmağa başlayıb. Bu, informasiyanın istifadəçilərə daha maraqlı və cəlbedici formada çatdırılmasına xidmət edir; məsələn, Almaniyanın Süddeuts­che Zei­tung qə­ze­tinin onlayn nəşrində qatarların hərəkət qrafiki haqqında məlumatlar M. üsulu ilə təqdim olunur. Rusiya kanalla­rı­nın 2015-ci ildə siyasi lider Boris Nemt­sovun qətlə yetirilməsi haqda ilk xə­­­­­­bərlərində də qətlin təfərrüatlarına həsr olunmuş süjetlər M. formasında hazır­lanmışdı və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

müddətsiz lisenziya

Hər hansı fəaliy­yətə dövlət tərəfindən verilən və müd­də­ti məhdudlaşdırılmayan xüsusi razılıq.

Azər­baycanda yayım fəaliyyətinə M.L. yalnız İcti­mai Televiziya və Radio Yayımları Şir­kətinə verilir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

müəllif əsəri

Müəlliflik hüququnun ob­yek­ti olan yaradıcılıq məhsulu.

Azər­bay­can qanunvericiliyinə görə, jurnalistika məhsulları sırasından broşürlər, məqalələr, mühazirələr, çıxışlar, kompüter proqramları və s., audiovizual əsərlər (tele və videofilmlər, başqa teleəsərlər), qrafika, dizayn əsərləri, komikslər, fotoqrafiya əsər­ləri və ona oxşar üsulla yaradılmış əsərlər, illüstrasiyalar, törəmə əsərlər (tərcümələr, iqtibaslar, annotasiyalar, xülasələr, icmallar, toplular), o cümlədən məlumat baza­ları və materialın seçil­mə­sinə və ya dü­zül­mə­sinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi olan digər məcmuə­lər, teleradio veriliş­lərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, multimedia məh­sul­ları və digər əsərlər müəl­liflik hüququnun ob­yektləri hesab edilir. Rəsmi sənədlər (qanunlar, məhkəmə qə­rarları və s), həm­çinin onların rəsmi tərcümələri, dövlət rəmzləri və nişanları, xalq yaradıcılığı (folklor) nümunələri, günün yenilikləri, müx­təlif ha­disə və faktlar barədə informasiya xa­rakterli məlu­matlar isə M.Ə. kimi müəl­liflik hüququ ilə qorunmur.

Jurnalistika terminləri lüğəti