Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

komiks

ing. comic < yun. komikos – şən, gülməli

Süjeti təşkil edən hadisələrin şəkillər vasitəsilə nəql olunduğu əsər.

İlk K.-lər XIX əsrin sonlarında ABŞ mət­bu­a­tında meydana gəlib. Onlar sosial məz­munlu, komik xarakterli süjetə malik ol­duqları üçün K. adlandırılıb. Zaman keç­dikcə K.-lərin mövzusu genişlənib; burada fantastika, detektiv, superqəhrəmanların macəraları üstünlük təşkil etməyə baş­layıb. K. çox vaxt mətnin və vizual təsvirin vəh­dətini nəzərdə tutur, buna görə onun, adə­tən, iki müəllifi (yazıçı və rəssam) olur. Bir sıra K.-lər mövcud əsər­lərin süjeti əsasında yaradılır, digərləri elə K. şəklində meydana çıxır və məşhurlaşır. Sten Linin populyar «Hörümçək adam» K.-i yazıçının rəssam Stiv Ditko ilə əməkdaşlığı nəti­cəsində ya­ranmış orijinal əsərlərə misaldır. 

Jurnalistika terminləri lüğəti