yun. graphikos – yazılı
1. Kütləvi informasiya vasitələrində tez-tez istifadə olunan təsviri sənət növü, ştrix, cizgi (xətt), ləkə və nöqtələrlə şəkilçəkmə üsulu.
Q.-da, adətən, bir rəngdən istifadə olunur, ağ kağız – fon rolunu oynayır, buna görə də çap mediasında ona geniş yer verilir. TV və internetdə də kompüter qrafikasının əsasında eyni prinsiplər durur.
2. Qrafika üsulu ilə ifa olunmuş sənət əsərləri; məs.: qrafik əsərlər sərgisi.
3. Hərflərin və səslərin yazılı işarələrlə təsviri, əlifba; məs.: latın qrafikası, kiril qrafikası.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti