Konkret məsələnin həllinə, əməliyyatın icrasına nail olmaq üçün müəyyən ardıcıllıqda kompüterə verilən təlimatlar və əmrlər toplusu.
Müəlliflik hüququnun obyekti olan K.P. termininin müvafiq qanunvericilikdə xüsusi izahı var: «maşınla oxunan formada ifadə edilən, müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatların məcmusu». K.P.-na onun hazırlanması prosesində əldə edilən ilkin materiallar və yaradılan audiovizual təsvirlər də daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti