Müxtəlif sənədlərin, habelə iş və tapşırıqların yerinə yetirilməsi, bu zaman istifadə olunan metodlar, keçirilən tədbirlər barədə informasiyanın sistemləşdirilmiş qaydada saxlanması və ötürülməsi üçün yaradılmış məlumat toplusu.
«Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunda müəlliflik hüququnun obyekti olan M.B. termininin xüsusi izahı verilir: «materialların seçilməsinə və ya düzümünə görə yaradıcı əməyin məhsulu olan və kompüterin köməyi ilə tapıla və işlənə biləcək şəkildə sistemləşdirilmiş məlumatların (məqalələrin, hesablamaların, faktların və başqa materialların) məcmusu».
Jurnalistika terminləri lüğəti