Əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusu.
M.H. qoruyucu vasitədir; o, əsərlərin, o cümlədən KİV məhsulları və jurnalist materiallarının qeyri-qanuni istifadəsinin, həmçinin plagiatın qarşısını almağa xidmət edir. M.H. təyinatından, dəyərindən, məzmunundan, habelə ifadə formasından asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan açıqlanmış və açıqlanmamış, obyektiv formada mövcud əsərlərə şamil edilir. Bu mənada ideyalar, metodlar, proseslər, sistemlər, üsullar, konsepsiyalar, kəşflər, faktlar öz-özlüyündə M.H. ilə qorunmur. M.H.-nun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Subyektiv baxımdan isə M.H. – əsərlərin yaradıcılarına məxsus olan, müstəsna xarakter daşıyan şəxsi qeyri-əmlak və əmlak hüquqlarıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti