lat. canalis – boru
1. İnformasiya siqnallarının mənbəyi ilə bu siqnalları qəbul edən qurğular (telefon, səs gücləndiricisi və s.) arasında rabitə vasitələri kompleksi.
2. Radio və televiziya siqnalları ötürücülərinin işlədiyi standart tezlik zolağı.
K.-ların sayı məhdud olduğu üçün onlar strateji təbii resurs sayılır. K.-ların səmərəli istifadəsini təmin etmək məqsədilə müsabiqələr keçirilir və həmin müsabiqələrin qaliblərinə yayım üçün xüsusi razılıq (lisenziya) verilir.
3. Konkret tezlik zolağında yayımı həyata keçirən kütləvi informasiya vasitəsi; məs.: telekanal, radiokanal.
4. İnformasiyanın qeyri-rəsmi yollarla əldə olunmasını təmin edən, əksər hallarda gizli saxlanılan mənbə, həmçinin belə mənbə ilə əlaqə üsulu.
Jurnalistika terminləri lüğəti