ing. Compact Disc – yığcam disk
Audio və audiovizual informasiyanın, mətnin rəqəmsal formatda saxlanmasını təmin edən kiçikhəcmli optik informasiya daşıyıcısı.
Qısa şəkildə CD yazılır və «sidi» kimi tələffüz olunur. İnformasiyanın K.D.-ə yazılması və onun oxunması lazer vasitəsilə həyata keçirilir. İlk K.D.-lər 1980-ci ildə Philips və Sony kompaniyaları tərəfindən hazırlanıb, 1982-ci ildə satışa çıxarılıb. Onlar 120 mm-lik diametrə və 74 dəqiqəlik musiqi tutumuna malik olub. Bethovenin 9-cu simfoniyasının ən uzun ifası 74 dəqiqə çəkdiyi üçün məhz belə format seçilib. K.D.-lərin 25 illiyi münasibətilə yaydığı press-relizdə Philips bu faktı təsdiqləyib və ildə orta hesabla 8 mlrd. disk satıldığını elan edib.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti