Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

press-reliz

lat. presso – sıxıram, təzyiq ­edi­rəm + ing. release – buraxılış

Bey­nəlxalq təşkilatların, dövlət orqanlarının, kommersiya və qeyri-hökumət təşki­lat­larının ­küt­ləvi informasiya vasitələrinə, media nümayəndələrinə təcili istifadə üçün ünvanladıqları yazılı məlumat.

P-R. hər hansı yeniliyə, yaxud konkret mə­qamda cəmiyyəti maraqlandıran aktual problemə həsr olunur, adətən, mətbuat xidmətləri tərəfindən yayılır. Onun me­dianın diqqətini cəlb edəcək şəkildə tərtib olunması üçün xüsusi qaydalar var və həmin qaydalara əməl etmək mətbuat xidməti əmək­daş­larından professionallıq tələb edir.

Jurnalistika terminləri lüğəti