Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

şərəf

Əxlaqi, mə­nəvi keyfiyyətlərinə, digər insanlara, döv­lətə, cəmiyyətə mü­na­si­bə­tinə görə şəxsə verilən qiymət.

Kons­ti­tusiyaya görə, şəx­sin Ş.-i dövlət tə­­rəfindən qorunur, onun alçaldılmasına yol verilmir. Qanunlarda Ş. insanların mənəvi dəyər­lərindən biri elan edilir, mülki və cinayət məcəllələri ilə mü­dafiə olunur, lakin an­layışın dəqiq izahına rast gəlinmir. Məhz bu səbəbdən, həm­çinin kütləvi informasiya vasitələrində Ş.-in al­çaldılması məsələləri ilə bağlı vahid məh­kəmə təc­rübəsi for­ma­laşdırmaq üçün Azər­baycan Respublikası Ali Məhkə­mə­si Plenumunda (2014) Ş. anlayışına hüquqi izah verilib.

See also:

Jurnalistika terminləri lüğəti