Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

böhtan

Yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi ­çı­xışlarda, kütləvi nümayiş etdirilən əsər­də və ya kütləvi informasiya vasitəsində ­yay­­­ma.

Azərbaycan qanunvericiliyi ­­B. atmaq məqsədilə KİV-dən istifadə olun­masına yol vermir. Fiziki və hüquqi ­şəxs­­lərin mediada yayılmış B. xarakterli mə­lumatlara ca­vab vermək, yalan infor­masiyanın təkzib olunmasını, ona düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud belə faktlarla bağlı məh­kəməyə şikayət vermək hüququ var.

Jurnalistika terminləri lüğəti