Şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi, özünün özünə verdiyi qiymət.
Bu, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun L. termininə 2014-cü ilin fevralında verdiyi rəsmi tərifdir. Ölkə konstitusiyasında şəxsin L.-inin dövlət tərəfindən qorunduğu və onun alçaldılmasına yol verilmədiyi göstərilir. Lüğətlərdə bu anlayışın fərqli izahları mövcuddur: yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu, qabiliyyət, bacarıq, istedad və s. Qanunvericilikdə isə L. insanların mənəvi dəyərlərindən biri elan edilərək mülki və cinayət məcəllələri ilə müdafiə olunsa da, onun dəqiq tərifi yoxdur. Məhz bu səbəbdən, həmçinin KİV-də L.-in alçaldılması məsələləri ilə bağlı vahid məhkəmə təcrübəsi formalaşdırmaq üçün Ali Məhkəmə anlayışa hüquqi izah verib.
See also:
jurnalistika: şərəf və ləyaqətin alçaldılması jurnalistika: şərəf və ləyaqətin ləkələnməsi Jurnalistika terminləri lüğəti