Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

buklet

fr. bouclette – halqa, burum

Pa­ralel xətlər üzrə bir neçə dəfə qatlanmış, mətn və təsvirlərdən ibarət birsəhifəlik çap məhsulu.

B.-lər, adətən, reklam xarakteri daşıyır, maksimum A4 formatında olur. Daha iriölçülü reklam-informasiya ma­te­rialları prospekt adlanır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti