Reklam
Reklam

Все словари

indikator [indik'ator] isim lat. indicator – göstərici, işarə

1. Elektrotexnika. Bir şeyin vəziyyətini, mövcud olub-olmadığını yoxlamağa imkan verən cihaz, qurğu, element. □ İndikator texnikada və ya elmi tədqiqatlarda prosesin gedişini və ya müşahidə obyektinin vəziyyətini, onun keyfiyyət və kəmiyyət göstəricilərini əks etdirir.

2. Kimya. Kimyəvi reaksiyanın gedişini izləməyə imkan verən maddə. □ İndikator element.

Azərbaycan dilinin izahlı lüğəti

individualizm [individualizm] isim lat. individuum – bölünməz, vahid

1. Ayrı-ayrı şəxslərin marağını cəmiyyətin ümumi maraqlarına qarşı qoymaq; tarixi və ictimai hadisələri xalqların, kütlələrin deyil, ayrı-ayrı şəxslərin fəaliyyətinin nəticəsi hesab edən idealist baxış. □ İndividualizmə yuvarlanmaq.

2. Öz şəxsi maraq və mənafeyini ictimai mənafedən üstün tutmaq. □ İndividualizm əxlaqı.

Azərbaycan dilinin izahlı lüğəti

induksiya [induk'siya] isim lat. inductio – yönəltmə, sövqetmə

1. Fəlsəfə. Təkdən ümumiyə keçid üsulu; ayrı-ayrı təsadüflərdən ümumi nəticələr çıxarma metodu. □ İnduksiya metodu.

2. Fizika. Maqnit sahəsinin təsiri ilə hər hansı bir keçiricidə enerjinin yaranması. □ Maqnit induksiyası.

3. Fiziologiya. Sinir sistemində oyanma ilə ləngimə (tormozlama) prosesləri arasındakı əlaqə, birinin digərindən asılı olaraq meydana gəlməsi prosesi.

Azərbaycan dilinin izahlı lüğəti

indulgensiya [indulgensiya] isim lat. indulgentia – mərhəmət, şəfqət

Katolik kilsələrində günahların tamamilə və ya qismən bağışlanması; günahların bağışlanması haqqında Roma papası adından pul və ya müəyyən xidmətlər müqabilində verilən fərman. □ İndulgensiya fərmanı.

Azərbaycan dilinin izahlı lüğəti

inersiya [inersiya] isim lat. inertia – fəaliyyətsizlik

1. Fizika. Xarici təsir olmadan hərəkət edən cismin öz müntəzəm hərəkətini, sükunətdəki cismin isə öz sükunətini saxlama xassəsi, ətalət. □ İnersiya hadisəsi.

2. Məcazi mənada: ətalət, hərəkətsizlik, keylik, tənbəllik, süstlük. □ İnersiyalı cəmiyyət.

Azərbaycan dilinin izahlı lüğəti

infantil [infantil] isim lat. infantilis – uşaq, körpə

1. Orqanizmin fiziki və psixi cəhətdən inkişafdan qalması; uşaq yaşına uyğun keyfiyyətləri olan yaşlı adam. □ İnfantil adam.

2. Məcazi mənada: qeyri-sağlam, məqbul olmayan, xəstə (yanaşma, fikir). □ İnfantil düşüncə.

Azərbaycan dilinin izahlı lüğəti

infeksiya [infek'siya] isim lat. inficere – korlamaq, zəhərləmək, yoluxdurmaq

Mikrob; orqanizmin xəstəliktörədən mikroblara yoluxması. □ Qorxulu infeksiya.

Azərbaycan dilinin izahlı lüğəti

inflyasiya [inflyasiya] isim lat. inflatio – şişirtmə

İqtisadiyyat. Bazarın kağız pulla həddən artıq dolması nəticəsində pulun qiymətdən düşməsi; əmtəə qiymətlərinin pulun alıcılıq qabiliyyətinin azalmasına tərs mütənasib olaraq artması. □ İnflyasiya qiymətlərin artması, real əməkhaqqı səviyyəsinin pisləşməsi ilə müşayiət edilir.

Azərbaycan dilinin izahlı lüğəti

informasiya [infarmasiya] isim lat. informatio – məlumat, izah

1. Müəyyən sahəyə dair məlumat(lar), hər hansı xüsusi bilik(lər). □ İnformasiya bazası.

2. Riyaziyyat və kibernetikada qeyri-müəyyənliyi aradan qaldıran kəmiyyət ölçüsü, sistemi təşkil edən ölçü. □ İnformasiya vahidi.

Həmçinin bax:

jurnalistika: açıq informasiya jurnalistika: alınması məhdudlaşdırılan informasiyalar jurnalistika: audiovizual informasiya jurnalistika: çap kütləvi informasiya vasitələri jurnalistika: dövlət informasiya ehtiyatları jurnalistika: ekoloji informasiya jurnalistika: elektron informasiya jurnalistika: əlavə informasiya jurnalistika: əldə olunması məhdudlaşdırılan informasiyalar jurnalistika: ətraf mühitə dair informasiya jurnalistika: ətraf mühitə dair informasiya obyektləri jurnalistika: gizli informasiya jurnalistika: xarici kütləvi informasiya vasitəsi jurnalistika: xidməti istifadə üçün informasiya jurnalistika: xidməti istifadə üçün nəzərdə tutula bilməyən informasiya jurnalistika: xüsusi əhəmiyyətli informasiya jurnalistika: ictimai informasiya jurnalistika: ixtisaslaşmış kütləvi informasiya vasitələri jurnalistika: iqtisadi informasiya jurnalistika: informasiya aclığı jurnalistika: informasiya agentliyi jurnalistika: informasiya axtarış dili jurnalistika: informasiya axtarış sistemi jurnalistika: informasiya azadlığı jurnalistika: informasiya bəhanəsi jurnalistika: informasiya blokadası jurnalistika: informasiya böhranı jurnalistika: informasiya cəmiyyəti jurnalistika: informasiya daşıyıcısı jurnalistika: informasiya dəstəyi jurnalistika: informasiya dizaynı jurnalistika: informasiya ehtiyatları jurnalistika: informasiya əldə etmək azadlığı jurnalistika: informasiya əldə etmək hüququ jurnalistika: informasiya əməliyyatı jurnalistika: informasiya xidməti jurnalistika: informasiya inqilabı jurnalistika: informasiya qarmağı jurnalistika: informasiya qarşıdurması jurnalistika: informasiya qaynağı jurnalistika: informasiya menecmenti jurnalistika: informasiya mədəniyyəti jurnalistika: informasiya məhsulları jurnalistika: informasiya mənbəyi jurnalistika: informasiya mənbəyinin açıqlanması jurnalistika: informasiya mənbəyinin açıqlanmasına məcburetmə jurnalistika: informasiya mənbəyinin konfidensiallığı jurnalistika: informasiya məsələləri üzrə müvəkkil jurnalistika: informasiya mübadiləsi jurnalistika: informasiya müharibəsi jurnalistika: informasiya mühiti jurnalistika: informasiya növləri jurnalistika: informasiya prosesləri jurnalistika: informasiya-resurs mərkəzi jurnalistika: informasiya resursları jurnalistika: informasiya reyestri jurnalistika: informasiya sahəsində milli maraq jurnalistika: informasiya sahibi jurnalistika: informasiya sistemi jurnalistika: informasiya sorğusu jurnalistika: informasiya sorğusu verən jurnalistika: informasiya texnologiyaları jurnalistika: informasiya təhlükəsizliyi jurnalistika: informasiya təhlükəsizliyi doktrinası jurnalistika: informasiya tutumu jurnalistika: informasiya yükü jurnalistika: informasiya-kommunikasiya texnologiyaları jurnalistika: informasiyanın açıqlanması jurnalistika: informasiyanın açıqlığı jurnalistika: informasiyanın adekvatlığı jurnalistika: informasiyanın axtarılması jurnalistika: informasiyanın aktuallığı jurnalistika: informasiyanın arxitekturası jurnalistika: informasiyanın dəqiqliyi jurnalistika: informasiyanın doğru-dürüstlüyü jurnalistika: informasiyanın emalı jurnalistika: informasiyanın əhatəliliyi jurnalistika: informasiyanın hüquqi rejimi jurnalistika: informasiyanın idarə olunması jurnalistika: informasiyanın istifadəçisi jurnalistika: informasiyanın kodlaşdırılması jurnalistika: informasiyanın məxfiliyinin açıqlanması jurnalistika: informasiyanın mühafizə sistemi jurnalistika: informasiyanın mühafizə vasitələri jurnalistika: informasiyanın mühafizəsi jurnalistika: informasiyanın obyektivliyi jurnalistika: informasiyanın ötürülməsi jurnalistika: informasiyanın saxlanması jurnalistika: informasiyanın sənədləşdirilməsi jurnalistika: informasiyanın sistemləşdirilməsi jurnalistika: informasiyanın şaquli ötürülməsi jurnalistika: informasiyanın tamlığı jurnalistika: informasiyanın təsnifatı jurnalistika: informasiyanın toplanması jurnalistika: informasiyanın üfüqi ötürülməsi jurnalistika: informasiyanın yayılması jurnalistika: internet informasiya ehtiyatları jurnalistika: konfidensial informasiya jurnalistika: konfliktogen informasiya jurnalistika: kütləvi informasiya jurnalistika: kütləvi informasiya azadlığı jurnalistika: kütləvi informasiya azadlığından sui-istifadə jurnalistika: kütləvi informasiya azadlığının məhdudlaşdırılması jurnalistika: kütləvi informasiya azadlığının müvəqqəti məhdudlaşdırılması jurnalistika: kütləvi informasiya vasitələri jurnalistika: kütləvi informasiya vasitələrinin dili jurnalistika: kütləvi informasiya vasitələrinin diversifikasiyası jurnalistika: kütləvi informasiya vasitələrinin qloballaşması jurnalistika: kütləvi informasiya vasitələrinin reyestri jurnalistika: kütləvi informasiya vasitələrinin texnologiyası jurnalistika: kütləvi informasiya vasitələrinin təsnifatı jurnalistika: kütləvi informasiya vasitələrinə dövlət dəstəyi jurnalistika: kütləvi informasiya vasitəsi məhsulu jurnalistika: kütləvi informasiya vasitəsi məhsulunun yayımı jurnalistika: kütləvi informasiya vasitəsinin auditoriyası jurnalistika: kütləvi informasiya vasitəsinin dövriliyi jurnalistika: kütləvi informasiya vasitəsinin fəaliyyətinə xitam verilməsi jurnalistika: kütləvi informasiya vasitəsinin müstəqilliyi jurnalistika: kütləvi informasiya vasitəsinin nümayəndəsi jurnalistika: kütləvi informasiya vasitəsinin pasportu jurnalistika: qanunla məhdudlaşdırılan informasiya jurnalistika: qlobal informasiya mühiti jurnalistika: lider informasiya jurnalistika: məhdudlaşdırılan informasiya jurnalistika: məhdudlaşdırılması qadağan olunan informasiya jurnalistika: məxfi informasiya jurnalistika: mətbuat üçün olan informasiya jurnalistika: mətbuat üçün olmayan informasiya jurnalistika: milli informasiya ehtiyatları jurnalistika: mötəbər informasiya jurnalistika: müstəqil kütləvi informasiya vasitəsi jurnalistika: natamam informasiya jurnalistika: neqativ informasiya jurnalistika: neytral informasiya jurnalistika: operativ informasiya jurnalistika: rəqəmsal informasiya jurnalistika: səfərbəredici informasiya jurnalistika: sənədləşdirilmiş informasiya jurnalistika: siyasi informasiya jurnalistika: şəbəkə kütləvi informasiya vasitələri jurnalistika: tam məxfi informasiya jurnalistika: təhrikedici informasiya jurnalistika: törəmə informasiya jurnalistika: ümumi istifadə üçün açıq informasiya jurnalistika: verbal informasiya jurnalistika: yazılı informasiya sorğusu Azərbaycan dilinin izahlı lüğəti

informatika [infarmatik'a] isim lat. informatio – məlumat, izah

İnformasiyanın ümumi xüsusiyyətləri və strukturunu, informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması və işlənməsi) kompüter texnologiyaları vasitəsilə avtomatlaşdırılmasını öyrənən elm sahəsi. □ İnformatika dərsliyi.

Azərbaycan dilinin izahlı lüğəti

infrastruktur [infrastruk'tur] isim latın

İqtisadiyyat, səhiyyə, elm, təhsil və s.-nin mükəmməl işləməsinə xidmət edən kompleks. □ Yaşayış məntəqəsində infrastrukturun yaradılması.

Həmçinin bax:

coğrafiya: nəqliyyat infrastrukturu Azərbaycan dilinin izahlı lüğəti

inkassator [ink'asator] isim ital. incassere – hərf. bir şeyi yeşiyə qoymaq

Müəssisə və təşkilatlardan banka təhvil vermək üçün pul yığan məsul şəxs. □ İnkassator maşını.

Azərbaycan dilinin izahlı lüğəti

inkoqnito [ink'oqnita] isim ital. incognito < lat. incognitus – tanınıb-bilinməyən, naməlum

Tanınmayan, qəbul edilməmiş, naməlum, əsl adını gizlədən; uydurma adla təqdim olunan şəxs. □ İnkoqnito qalmaq.

Azərbaycan dilinin izahlı lüğəti

inkriminasiya [ink'riminasiya] isim lat. in – yönlük hal şəkilçisi + crimen – günahlandırma

Hüquq. Kimisə hansısa cinayət hərəkətini törətməkdə günahlandırma; cinayətə görə ittiham. □ İnkriminasiyaya məruz qalmaq.

Azərbaycan dilinin izahlı lüğəti