Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya əməliyyatı

Hərbi qüv­və­lərin fəaliyyətinə informasiya prosesləri və sis­temləri vasitəsilə dəstək vermək üçün hə­yata keçirilən tədbirlərin məc­mu­su.

İ.Ə. termini rəsmən ilk dəfə ­2003-cü ildə ABŞ Müdafiə Nazirliyinin «İn­for­masiya əməliy­yatlarının yol xəritəsi» adlı rəsmi sənə­din­də işlədilib və ona belə izah verilib: «İ.Ə. – elektron, kompüter şəbəkələri və psixoloji əməliyyatların, hərbi hiylənin, təhlükə­sizlik əməliyyatlarının qərar qəbul­etmə prose­sinə təsir göstərmək, onu pozmaq, nə­zarətə götürmək… məqsədilə birgə istifadəsidir. İ.Ə. qarşı tərəfin infor­ma­siyasına və informasiya sistemlərinə təsir göstərmək, öz informasiyasını və sis­temlərini isə bundan qorumaq, habelə özgə rəyinə təsir göstərmək üçün, o cüm­lədən qəsdən geniş şayiələr yaymaq üzrə görülən tədbirlərdir».

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti