Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

mətbuat üçün olmayan informasiya

Konfidensial xarakter daşıyan və icti­­mai­ləşdirilməsi istənilməyən məlumat.

M.Ü.O.İ. ingilis dilində «off the record» termininin (hərfi tərcüməsi – qeydə alın­maqdan, hesabata salınmaqdan kənar) Azərbaycan dilində qarşılığıdır. Bu termini işlətməklə rəsmi şəxslər məhdud dairədə ke­çirilən görüşlərdə, müsahibələrdə ver­­dikləri məlumatın müəyyən hissəsinin ya­yılmasını istəmədikləri barədə jurna­listləri xəbərdar edirlər: diktofonlar, mikrofonlar söndürülməli, qeyd aparılmamalıdır. Lakin M.Ü.O.İ., adətən, jurnalistə konkret məq­sədlə ötürülür: ya rəsmi şəxs arada xüsusi etimad yaratmaq istəyir, ya da, əs­lində, media nümayəndəsinə həmin infor­ma­siyanı onun adı olmadan mətbuata ­çı­­­­­xar­­mağı «təklif» edir. Qismən bu səbəb­­dən Qərbdə bir çox KİV-də «M.Ü.O.İ.» adı ilə sızdırılan məlumatlardan istifadəyə yol verilmir. Lakin təhqiqat jurnalistikasında belə informasiyanın xüsusi qiyməti var: o, jur­nalistə faktlar arasında əlaqəni tap­mağa, əlavə informasiya mənbələri ax­tar­mağa kömək edir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti