Əldə olunması və yayılmasına heç bir halda məhdudiyyət qoyula bilməyən məlumatlar.
Bunlar elə məlumatlardır ki, onlara olan ictimai maraq həmin informasiyaların yayılmasından dəyə biləcək ziyanı üstələyir. Qanuna görə, X.İ.Ü.N.T.B.İ.-ya ictimai rəy sorğusunun nəticələri, ümumiləşdirilmiş statistik göstəricilər, vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hadisə, təbii fəlakət, qəzalar, cinayətkarlığın vəziyyəti, vətəndaşlara, vəzifəli şəxslərə və hüquqi şəxslərə verilən imtiyazlar, ali vəzifəli şəxslərin sağlıq durumu, dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunçuluğun pozulması faktları, büdcə vəsaitlərindən istifadə və s. barədə məlumatlar daxildir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti