Məlumatın hərtərəfliliyi; aid olduğu fakta, yaxud hadisəyə dair bütün mühüm, o cümlədən fərqli detalları əlaqəli şəkildə əks etdirməsi.
Əhatəlilik – fəlsəfi termindir, «gerçəkliyin müxtəlif tərəflərinin əlaqəli surətdə dərk edilməsi» kimi anlaşılır və buna görə də jurnalistikada çox geniş izaha malikdir. Təsadüfi deyil ki, jurnalistikaya aid sənədlərdə, o cümlədən normativ aktlarda «əhatəlilik» anlayışı əksər hallarda ayrı deyil, «tamlıq», «tərəfsizlik», «obyektivlik» terminləri ilə bir sırada işlədilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti