Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

natamam informasiya

lat. informatio – izahetmə, məlumatvermə

1. Faktın ay­dınlaşdırılması, hadisənin, prosesin ətraflı araşdırılması üçün kifayət etməyən məh­dud informasiya.

Qanunvericiliyə görə, sorğuya cavab olaraq N.İ. təqdim etmiş informasiya sahibi sorğuçunun tələbi ilə bu çatışmazlığı aradan qaldırmalıdır.

2. Qərar qəbuletmə prosesini çətinləşdirən, ida­rəetmə funksiyalarının keyfiyyətli icrası ­ba­xımından əlavə problemlər yaradan ya­rımçıq məlumat.

İdarəçilik funk­siya­la­rının yerinə yetirilməsi prosesində belə prob­lemlər tez-tez üzə çıxır. Buna görə də N.İ. şəraitində qərar qəbuletmə üzrə xüsusi təlim proqramları mövcuddur.

3. Əldə edilməsi qanunla məhdudlaşdırılan sənə­din tərkibinə daxil olduğu üçün yalnız qis­mən – açıq hissəsi yayıla bilən məlumat.

Jurnalistika terminləri lüğəti