İnformasiya əldə etmək hüququnu təmin etmək vəzifəsi daşıyan dövlət orqanları və bələdiyyələr, ictimai funksiyalar yerinə yetirən idarə və təşkilatlar, həmçinin normativ aktlar, yaxud müqavilələr əsasında təhsil, səhiyyə, mədəniyyət, sosial sahələrdə xidmət göstərən özəl qurumlar və fiziki şəxslər.
Qanunvericilikdə əmtəə bazarında hökmran mövqe tutan, xüsusi səlahiyyətlərə, yaxud təbii inhisara malik olan kommersiya təşkilatları da malların və xidmətlərin təklif edilməsi şərtlərinə, onların qiymətlərinə aid məlumatlar üzrə İ.S.-nə bərabər tutulur. Eyni qayda dövlət büdcəsindən verilmiş vəsaitdən və ya dövlətdən ayrılmış əmlakdan istifadəyə aid məlumatlar üzrə bütün qeyri-hökumət təşkilatlarına, büdcədənkənar fondlara, habelə dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya qurumlarına şamil olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti