Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

informasiya qarmağı

Hər hansı möv­zuya, problemə birbaşa aidiyyəti olmayan, lakin bu mövzu və problemə auditoriyada süni maraq oyatmaq üçün istifadə edilən xəbər, hadisə, proses.

İ.Q. mahiyyət etibarilə auditoriyaya şüuraltı təsir gös­tərməyin, bəzən onu aldatmağın bir üsulu, media texnologiyasıdır; məsələn, prezident seçkilərində iştirak edən namizədin əsl məqsədi heç də seçilmək deyil, çıxış­larda, müsahibələrdə, görüşlərdə hansısa dini baxışları, sosial ideyanı təbliğ etmək ola bilər. Misal: «Prezident yarışı – əla in­forma­siya qarmağıdır» (pravmir.ru).

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti