Kompakt disk və onun oxuducusunun standartı. Tək oxumaq deyil, həm də məlumatları bir dəfə CD-yə yazmağa imkan verir. CD-R disklərini CD-ROM – yəni hər hansı bir disk oxuducusu səsləndirə bilər. Yazmaq isə xüsusi diskoxuducuları olan CD-RW və DVD-RW-lərin köməyi ilə mümkündür. □ CD-R standartı.
Azərbaycan dilinin izahlı lüğətiHindistanda yaranmış antik din və fəlsəfə.
Təxminən 2 500 ildən çox tarixi olan bu inanc sistemi insanın ruhani təmizliyi və azadlığa çatmasını məqsəd qoyur. Caynizmə görə, can ruhani mahiyyət daşıyır; o, bir neçə bədən dəyişimi (təkrar doğulma) ilə dünyada qalır və insanın əməlləri (karma) bu ruhun növbəti doğuluşlarını və təmizlənmə səviyyəsini müəyyən edir.
Azərbaycan dilinin izahlı lüğəti1. Keçmiş geoloji dövrlərdən müasir dövrədək çox az sayda nüsxələri qalmış, aşkar edilənədək məhv olmuş sayılan canlı orqanizmlər.
Məsələn, kökü kəsilmiş hesab edilən qədim latimeriyalar ailəsinə mənsub, yalnız XX əsrin son illərində Sulavesi (İndoneziya) adası yaxınlığında aşkar olunmuş Latimeriya menadoensis balığı.
2. Çox uzun tarixi dövr ərzində nəzərəçarpacaq dəyişikliklərə məruz qalmamış canlı orqanizm növü.
Məsələn, təxminən 380 milyon il dəyişməz qalmış Linqula onurğasız dəniz heyvanı.
Coğrafiya terminləri lüğətiHər hansı ərazidə məskunlaşmış bütün insanların, heyvan, bitki, mikroorqanizmlərin cəmi.
C.T. biomlardan ibarətdir, atmosferi, litosferin yuxarı qatını əhatə edir. C.T.-in qorunması bəşəriyyətin qlobal problemlərindən biridir və bu vəzifənin yerinə yetirilməsi üçün geniş proqramlar, xüsusi tədbirlər həyata keçirilir.
Coğrafiya terminləri lüğətiƏsasən, Kaynozoy və Mezozoy eralarında Alp qırışıqlığı dövründə yaranmış dağlar.
C.D. hündür, şişuclu olur, sıldırım yamacları, dərin çay yarğanları ilə seçilir. C.D.-da seysmik proseslər qar uçqunları və sürüşmələrlə müşayiət olunur. Ciddi eroziyaya uğramamış belə dağlarda faydalı qazıntılar dərində yerləşir. And, Pamir, Atlas, Qafqaz, Alp, Kordilyer, Karpat kimi dağlar planetimizin C.D.-ına aiddir.
Coğrafiya terminləri lüğətifr. plate forme – yastı forma
Kontinental Yer qabığının, əsasən, Fanerozoy eonunda (Kaynozoy, Mezozoy və Paleozoy eraları) formalaşmış, fundamentdən və üzlükdən ibarət böyük sahələri.
Geosinklinallardan fərqli olaraq platformalar Yer qabığının nisbətən sabit hissələridir: burada tektonik fəaliyyət, demək olar ki, müşahidə olunmur. Avrasiya litosfer tavası üzərində yaranmış Turan, Ön Qafqaz, Qərbi Sibir platformaları C.P.-a aid edilir. C.P. qitələrin ümumi sahəsinin təxminən 5%-ni tutur və qədim platformaların ətrafında, yaxud arasında yerləşir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiMəhəldə üfüqün tərəflərini təyinetmə.
Üfüqün 4 əsas (şimal, cənub, qərb, şərq) və 4 aralıq (şimal-şərq, cənub-şərq, şimal-qərb, cənub-qərb) cəhəti var. Bir cəhəti təyin etməklə digərlərini də müəyyənləşdirmək mümkündür; məsələn, insan üzü şimala dayandıqda cənub arxada, şərq – sağda, qərb – solda qalır. Məhəldə cəhəti Yerin qütblərinə, günəşə, ulduzlara, kompasa, yerli cisimlərə və plana əsasən təyin edirlər. Günəş həmişə şərqdən çıxır, qərbdə batır; gecə ən parlaq ulduz olan Qütb ulduzu daim Şimal qütbünün üstündə dayanır; günorta vaxtı cisimlərdən düşən kölgə və ya ağacların gövdəsində mamır bitən tərəf də şimalı göstərir. Müasir coğrafi xəritələrdə şimal, adətən, xəritənin yuxarı tərəfində yerləşir.
Coğrafiya terminləri lüğətilat. radiatio – şüalandırıram
Yer səthinə çatan düz və səpələnmiş günəş radiasiyasının cəmi.
Düz radiasiya bilavasitə Günəşdən Yer səthinə düşən şüalanmadır. Səpələnmiş radiasiya atmosferdə molekullar və hissəciklər tərəfindən səpələndikdən, diffuziyaya uğradıqdan sonra Yer səthinə çatan şüalanmadır. Göyün üzü açıq və günəş yüksəklikdə olanda düz radiasiya C.R.-nın 85%-ə qədərini təşkil edir. Günəş üfüqə doğru əyildikdə C.R. balansında düz radiasiyanın həcmi azalır, səpələnmiş radiasiyanın həcmi artır; məsələn, aydın səmada günəşlə üfüq arasında bucaq 10°-yə çatanda C.R.-da səpələnmiş radiasiyanın həcmi 40%-dək çoxalır. Eyni zamanda buludluluq və atmosfer çirklənmələri də səpələnmiş radiasiyanın C.R.-da üstünlük təşkil etməsinə (ən pis havada 100%-dək) səbəb olur.
Coğrafiya terminləri lüğətisanskr. jangala – kobud və quraqlıq
Ağac və kollardan, hündür və dolaşıq otlardan, yoğun sarmaşıqlardan ibarət çətin keçilən sıx meşəlik ərazi.
C.-lərə, əsasən, tropik və subtropik iqlim qurşaqlarında rast gəlinir. Oksford lüğətlərində bu sözün Avropa dillərinə XVIII əsrdə hind dilindən keçdiyi göstərilir.
Coğrafiya terminləri lüğəti