Avropada Alp dağlarının adından
Yer qabığında qismən Mezozoy və Kaynozoy eralarında baş vermiş dağəmələgəlmə mərhələsi.
Bu mərhələ ilk dəfə Alp dağlarında tədqiq edildiyindən A.Q. adlandırılıb (alp – kelt dilində “hündür dağ” deməkdir). A.Q. Mezozoyun əvvəlindən başlanıb, Kaynozoyun Neogen dövründə şiddətlənib və sonunda zəifləyib. A.Q. hələ də davam edir. O, iki zolaqdan ibarətdir. Birinci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlis, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Myanmanın dağ silsilələrini əhatə edir. İkinci zolağa isə Uzaq Şərqdə meridian istiqamətində uzanan Sakit okean ətrafı dağ silsilələri – Koryak silsiləsi, Kamçatka yarımadası, Saxalin, Yapon adaları, Malay arxipelaqı, o cümlədən And dağları, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakı dağ silsilələri daxildir.
See also:
Coğrafiya terminləri lüğəti