lat. aera – başlanğıc rəqəm
Geologiyada eonların bölündüyü geoxronoloji vaxt vahidi.
Müasir dövrümüzə qədər davam edən ikinci geoloji eon – Fanerozoy – üç E.-ya bölünür: Paleozoy, Mezozoy, Kaynozoy. Lakin Kembriyəqədərki birinci eonun (Kriptozoy) E. bölgüsündə elmdə vahid mövqe yoxdur. Beynəlxalq Stratiqrafiya Komissiyasının 2013-cü ildə tərtib etdiyi geoloji vaxt xəritəsinə görə, bu eon üç hissəyə ayrılır: Heyden, Arxey, Proterozoy. Digər xəritələrdə ya iki E. göstərilir (Arxey və Proterozoy), ya da üçüncü E. fərqli adlandırılır: Katarxey. Bəzi elmi mənbələrdə isə hətta Arxey, Proterozoy və Katarxey də E. olaraq deyil, ayrıca eonlar kimi göstərilir. E.-lar, öz növbəsində, geoloji dövrlərdən təşkil olunur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti