lat. radiatio – parıltı
Günəşin elektromaqnit şüalanması.
G.R. dalğalar şəklində böyük sürətlə kainata yayılır. Yer, Günəşin kosmik fəzaya şüalandırdığı radiasiyanın iki milyardda bir hissəsini alır. G.R. Yerin atmosferindən keçərkən havadakı müxtəlif qazlar tərəfindən qismən udulur, əks olunur və səpələnir. Nəticədə o, intensivliyini və spektral tərkibini dəyişir. Yerə gəlib çatan G.R. dalğa uzunluğuna görə 7-10% ultrabənövşəyi, 40-45% görünən şüa, 45-50% infraqırmızı şüa spektrindən ibarət olur. Onun intensivliyi 1 sm2 səthə vahid vaxt (1 dəqiqə) ərzində düşən radiasiyanın istilik təsiri ilə ölçülərək kalorilərlə (kal/sm²/dəq) ifadə edilir. G.R. Yer səthinə düz və səpələnən radiasiya formasında təsir göstərir. Radiasiyanın intensivliyi coğrafi enliklərdən asılı olaraq dəyişir, ən yüksək həddə tropik enliklərdə çatır.
See also:
Coğrafiya terminləri lüğəti