Yerin litosfer təbəqəsinin bir-birindən dərin tektonik çatlarla ayrılmış iri blokları.
Müasir geoloji dövrdə litosfer təbəqəsi 7 nəhəng (Sakit okean, Şimali Amerika, Cənubi Amerika, Antarktida, Afrika, Hind-Avstraliya, Avrasiya) və 6 kiçik (Karib, Filippin, Naska, Ərəbistan, Kokos, Karib) blokdan ibarətdir. Qalınlığı 60-100 km olan L.T. astenosferin üzərində, əsasən, üfüqi istiqamətdə hərəkət edir. Yerin süni peyklərindən çəkilmiş şəkillər bunu təsdiqləyir. Tavaları hərəkətə gətirən qüvvə mantiyada gedən çox güclü proseslərdir. Həmin proseslərin təsiri altında bəzi L.T. əks istiqamətdə hərəkət edərək bir-birindən uzaqlaşır (məsələn, Afrika və Cənubi Amerika L.T.), digərləri qarşı-qarşıya gələrək yaxınlaşır (məsələn, Avrasiya və Sakit okean L.T.). Bu o deməkdir ki, gələcəkdə L.T.-nın vəziyyəti, materiklərin və okeanların konfiqurasiyası dəyişə bilər.
Coğrafiya terminləri lüğəti